BAKI, 20 noyabr — Sputnik. Türkiyənin "Akit" telekanalının aparıcısı Ali Tarakçı küçə ortasında güllələnib. Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, hadisə İstanbulun Esenyurt səmtində baş verib.
© Photo : haberhazirTürkiyənin "Akit" telekanalının aparıcısı Ali Tarakçı
Türkiyənin "Akit" telekanalının aparıcısı Ali Tarakçı
© Photo : haberhazir
Məlumata görə, yolda avtomobili ilə hərəkət edən Tarakçı, tıxac zamanı başqa bir sürücü ilə mübahisə edib. Avtomobilindən enən qəzəbli sürücü Ali Tarakçını ayağından güllələyib.
Jurnalist yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Hadisəni törədən şəxs isə qaçıb. Polis cinayətkarın axtarışına davam edir.