CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdmançını öldürənə cəza verildi

© Sputnik / Murad OrujovВ Баку открылся первый книжный магазин юридической литературы
В Баку открылся первый книжный магазин юридической литературы - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə 2017-ci il iyuun 28-də Xətai rayonu Zığ şosesində baş vermişdi

BAKI, 20 noyabr — Sputnik. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanı maşınla vuraraq öldürməkdə təqsirləndirilən Əlifağa Məmmədova hökm oxunub. Sputnik Azərbaycan Qafqazinfo-ya istinadla xəbər verir ki, hakim İradə Həsənzadənin icraatında olan prosesdə Ə.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, hökmdən öncə son sözündə bağışlanmasını istəyib: "Belə hadisə olacağını bilsəydim, öz canımı qurban verərdim. Mən 55 il yaşamışam, o isə hələ gənc idi. Övlad itkisinin də nə olduğunu bilirəm, biz onları necə əziyyətlə böyüdürük. Mərhum dövlət üçün çox nailiyyətlər qazanıb. Çox peşmanam, ailəsindən üzr istəyirəm. Məni bağışlayın".

Qeyd edək ki, hadisə 2017-ci il iyuun 28-də Xətai rayonu Zığ şosesində baş verib. Əlifağa Məmmədov idarə etdiyi "BMW" markalı 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü Reyhan Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Xəbər lenti
0