BAKI, 20 noyabr — Sputnik. ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankının iqtisadçılarının hesablamalarına görə, ABŞ Mərkəzi Bankı (FED) 2018-ci ildə 4 dəfə faiz artımına gedəcək. Sputnik Azərbaycan "Bloomberght"ə istinadla xəbər verir ki, iqtisadçıların araşdırmasına əsasən, 2018-ci ildə ABŞ iqtisadiyyatı böyük ehtimalla, inflyasiyanı daha geniş miqyaslı dəstəkləyəcək və bu vəziyyət FED-in gələn il 4 dəfə faiz artımına getməsini tələb edəcək.
"Goldman Sachs"ın baş iqtisadçısı Yan Hatzius, bankın ABŞ iqtisadiyyatının 2018-ci il üçün artım proqnozunu 2,5 faizə qaldırdığını və gələn ilin sonuna işsizlik proqnozunu isə 3,7 faiz səviyyəsinə endirdiyini qeyd edib.
"Goldman Sachs" oktyabrda 4,1 faiz olan ABŞ-da işsizlik nisbətinin, 2019-ci ilin sonlarına doğru 3,5 faizə düşəcəyini proqnozlaşdırır. Bu səviyyə 1960-cı illərin sonlarından etibarən qeyd olunan ən aşağı işsizlik nisbətidir.