Rəşad Həsənov: “Qlobal səviyyədə strategiyanın dəyişdirilməsi borclanma faizlərini yüksəldəcək”
“Hazırda dünyada əksər maliyyə institutları düşünür ki, bazarlarda böyük “balonlar” formalaşır və bu, gələcəkdə yeni bir böhranın başlanğıcı ola bilər”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
“Hazırda xüsusilə, inkişaf etmiş ölkələrdə borclanma faizləri kifayət qədər aşağıdır. Bəzi hallarda inflyasiya proqnozları istənilən səviyyəyə çatmır. Bu isə paralel olaraq maliyyə “balonları”nın formalaşmasına gətirib çıxardır” — deyə o bildirib.