BAKI, 19 noyabr — Sputnik. Donald və Melani Trampın toyundan qalan tort parçası hərraca çıxarılıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, həmin tortun kəsildiyi toy 2005-ci ildə baş tutub.
Şokoladlı tort karton qutuya qoyulub və üzəri ABŞ prezidenti Donald Tramop və həyat yoldaşının şəkli ilə bəzədilib.
Hazırda hərraca çıxarılan tort hissəsinin ilkin qiyməti 1-2 min dollar arasındadır. Trampların toyunda nümayiş olunan tortun qiyməti isə 50 min dollar olub.