Leyla Abdullayeva- Sputnik Azərbaycan
BAKI, 19 noyabr — Sputnik. Qusar rayonununda dələduzluqla məşğul olan şəxs tutulub. Quba Rayon Polis İdarəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-ın bölgə müxbirinə veriliən məlumata görə, Qusar RPŞ-nin əməkdaşlarının "isti izlər"lə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fərqli vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara maddi ziyan vuran şəxs saxlanılıb.
Belə ki, Qusar rayon Cibir kənd sakini Məhəmməd Qurbanov, həmin rayonun Gədəzxur kənd sakininə məxsus 4500 kq çəkidə buğdanı 1800 manata almağa razılaşıb. Amma daha sonra onu aldadaraq pulunu verməyib.
M. Qurbanov rayonun İmamaqulukənd kəndində yenə həmin usulla kənd sakinini aldadaraq, 2840 kq buğdanı 852 manata alaraq, sonradan pulu ödəməkdən boyun qaçırıb.
Bundan başqa, Qurbanov rayonun Düztahir kənd sakininin etibarından istifadə edərək, ona məxsus 1000 manat dəyərində olan bir baş inəyi alaraq pulunu ödəməyib.
Ümumilikdə kənd sakinlərinə 3652 AZN miqdarında maddi ziyan vurub. Qusar RPŞ-də Məhəmməd Qurbanov haqqında cinayət işi açılıb, araşdırma aparılır.