BAKI, 19 noyabr — Sputnik. Bakı-Qazax-Gürcüstan yolunda, Qazax rayonunun Çaylı kəndi ərazisindən keçən hissəsində dəhşətli qəza olub. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, yol qəzası nəticəsində 1 nəfər dünyasını dəyişib, 5 nəfər xəsarət alıb.
Ölən şəxs — 1993-cü il təvəllüdlü Qazaxbəyli kənd sakini Abayev Allahverdi Yasin oğludur.
Yaralılar:
Qazaxbəyli kənd sakini, 1990-cı il təvəllüdlü Dünyamalıyev Cavad Zabit oğlu
Bağanısayrım kənd sakini, 1993-cü il təvəllüdlü Nəsibov Fərhad Nəsib oğlu
Qazaxbəyli kənd sakini, 1996-cı il təvəllüdlü Hüseynov İsabala Əşrəf oğlu
Daş Salahlı kənd sakini, 2000-ci il təvəllüdlü Hüseynov Orxan Məmməd oğlu
Daş Salahlı kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynov Məmməd Həmid oğlu
Qeyd edək ki, qəza "Volkswagen" və "Opel Vectra" markalı avtomobillərin toqquşması səbəbindən baş verib.