BAKI, 19 noyabr — Sputnik. "Dünya gözəli-2017" tituluna "Hindistan gözəli" Manuşi Çhillar layiq görülüb.
Sputnik Azərbaycan APA-ya istinadən xəbər verir ki, Çinin Sanya şəhərində keçirilən gözəllik müsabiqəsinin qalibinə tacı "dünya gözəli-2016" puertorikalı Stefani Del Valle təqdim edib.
İkinci yerə meksikalı Andrea Meze, üçüncü yerə isə britaniyalı Stefani Xill çıxıb.
Ümumilikdə, yarışmada 118 ölkədən, 18-26 yaşarası qızlar iştirak edib. Müsabiqə 15 mərhələdən ibarət olub.