BAKI, 19 noyabr — Sputnik. Dilənçinin cibindən o qədər xırda pul çıxıb ki, onu saymaq uzun zaman tələb edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə ölkənin Balıkəsir bölgəsində baş verib.
Polis küçədə dilənən şəxsi saxlayıb və onun ciblərindən 2237 lirə (1100 manat) məbləğində xırd pul tapılıb. Pullar xırda olduğu üçün onu saymaq uzun zaman tələb edib.
Bazarda saxlanılan 30 yaşlı dilənçi Himmət M. polis bölməsinə aparılıb. O bildirib ki, bu qədər pulu bir günə yığıb. Dilənçinin pulları əlindən alınıb və ona 109 lirə cəza kəsildikdən sonra azadlığa buraxılıb.