BAKI, 19 noyabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəki şəhərində 2 azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri mənzilin qapısını açıb və uşaqları aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.