Türkmənistan təmsilçisi Ceyhun Ağa-Tağıyev, telelayihənin digər iştirakçısı Nurizə Koçkombayla birgə yeindən səhənəyə çıxıb. Bu dəfə o pantomim obrazında dabstep ifa edərək inanılmaz perfomans göstərib.
Ceyhuna dəstək olmaq üçün onun uzaq qohumu olduğu aydınlaşan Sputnik Azərbaycan İnformasiya Agentliyinin rəhbəri Əziz Əliyev verilişə gəlib.
Əziz Əliyev: "Ceyhunun ilk mərhələdəki çıxışı zamanı onun soyadı diqqətimi çəkdi. Bizim böyük nəslimizdə Marı şəhərindən Ağa-Tağıyevlər ailəsinin olduğunu xatırladım.
Ceyhunla qohumluğumuzun olub-olmadığını aydınlaşdırmaq üçün bacılarımla əlaqə saxladım. Bir gündən sonra onun ata tərəfdən qohumum olduğu təsdiqləndi. Gənc qohumumun belə bir layihədə iştirakı məni çox sevindirir".
Xatırladaq ki, Azərbaycan təmsilçıləri İlkin Hüseynov və Sevinc Behbudova rəqs cütlüyü həmçinin telelayihənin yarımfinalına vəsiqə qazanıblar. Bundan başqa ölkəmizi müsabiqədə dörddə bir mərhələdə cıxış edəcək Abbasqulu Səfərov təmsil edir.