Gözləmə otağına keçən uşaqlar həyəcanla layihənin bugünkü buraxılışının sonunu və münsiflərin qərarını gözləyirlər. İlkin etiraf edib ki, müsabiqədə iştirakını hər bir münsifin komandasında davam etdirmək onun üçün böyük xöşbəxtlik olar.
Sevinc isə "Bolşoy teatr"ın aparıcı solisti, münsiflər heyətinin üzvü Kristina Kretovanın komandasında olmaq arzusunu gizlətməyib. Hər iki gənc rəqqas yeni mərhələdə eksperimentlərə hazır olduqlarını deyib yarımfinalda münsifləri təəccübləndirməyə çalışacaqlarını söz veriblər.
Xatırladaq ki, Azərbaycan təmsilçıləri İlkin Hüseynov və Sevinc Behbudova rəqs cütlüyü həmçinin telelayihənin yarımfinalına vəsiqə qazanıblar. Bundan başqa ölkəmizi müsabiqədə dörddə bir mərhələdə cıxış edəcək Abbasqulu Səfərov təmsil edir.