Qulu Məhərrəmli: “Çəkingən televiziya kanalı yaradılsa, ondan heç nə gözləməyə dəyməz”
“Azərbaycan həqiqətlərini müxtəlif dillərdə dünyaya çatdıracaq televiziya kanalı yaradıla bilər”. Bu təkliflə Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov çıxış edib.
Media eksperti, professor Qulu Məhərrəmli Sputnik Azərbaycan-a deyir ki, bu gün Azərbaycanda yeni və keyfiyyətli televiziya kanalının yaradılmasına ehtiyyac var:
“Bunun üçün həllini tapmalı olan mütləq şərtlər var. Bu şərtlərdən ən əsası həmin televiziyanın müstəqilliyidir. Əgər çəkingən televiziya kanalı yaradılsa ondan heç nə gözləməyə dəyməz”.