Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda torpağın "udduğu" gənc sağ qaldı

© Sputnik / Ilham AhmadovОползень на автомобильной трассе Баку-Шамаха
Оползень на автомобильной трассе Баку-Шамаха - Sputnik Azərbaycan
Abunə olmaq
Görülmüş təxirəsalınmaz xilasetmə tədbirləri nəticəsində vətəndaş xilas olunub

BAKI, 18 noyabr — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda Zığ yolu yaxınlığında qazıntı işləri aparılan ərazidə yaranan torpaq uçqunu nəticəsində, orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Bağırzadə Əmirəhməd Vidadi oğlu, təxminən 3 metr dərinlikdə torpaq altında qalıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal hadisə yerinə cəlb olunub. İlkin olaraq əməliyyat şəraiti qiymətləndirilib.

Mürakkəb şəraiti (hər an yenidən torpaq uçqunu olma təhlükəsi var) nəzərə alaraq, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətininin yanğınsöndürən-xilasedicilərindən ibarət əlavə xilasetmə dəstəsinin cəlb olunması qərara alınıb. Görülmüş təxirəsalınmaz xilasetmə tədbirləri nəticəsində vətəndaş Ə.Bağırzadə xilas olunub. Əməliyyat başa çatıb.

Xəbər lenti
0