Ərəblərdən sərt reaksiya

© AP Photo / Saudi Press AgencySəudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz
Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz - Sputnik Azərbaycan
Abunə olmaq
"Krallıq bu bəyanatların bölgədə sabitliyi pozduğunu, yanlış informasiyaya əsaslandığını hesab edir"

BAKI, 18 noyabr — Sputnik. Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırıb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Ər-Riyad hökuməti Berlindəki səfiri məsləhətləşmələr üçün geri çağırıb və eyni zamanda Səudiyyə Ərəbistanında olan Almaniya səfirliyinə etiraz notası göndərib.

Bu qərar, Almaniya xarici işlər nazirinin Livandan olan həmkarı ilə görüşdən sonra qəbul edilib. "Krallıq bu bəyanatların bölgədə sabitliyi pozduğunu, yanlış informasiyaya əsaslandığını hesab edir" — deyə Səudiyyədən bildirilib.

Xatırladaq ki, bu günlərdə Almaniyanın xarici işlər naziri Livanın baş naziri Həririnin istefasını sərt şəkildə tənqid etmişdi.

Xəbər lenti
0