Bu gün "Sən supersən! Rəqslər" layihəsinin 11-ci buraxılışında Bakının 1saylı uşaq evinin yetirmələri İlkin Hüseynov və Sevinc Behbudova səhnəyə çıxacaqlar. Uşaqlar tamaşaçı və münsiflərə milli Azərbaycan rəqsi təqdimn edəcəklər.
Müxbirlərimiz çıxış öncəsi İlkin və Sevinclə görüşüb söhbətləşə bilib. Videonu oxucularımıza təqdim edirik.
Gənc rəqqaslarımızn ifasını və növbəti mərhələyə keçib keçmədiyini artıq bir neçə saatdan sonra görəcəyik. Onların çıxışını saat 21.00-da NTV telekanalı və Sputnik Azərbaycan saytında izləmək olacaq.