BAKI, 18 noyabr — Sputnik. Fətullah Gülən Türkiyədəki tərəfdarlarına alt paltarlarını göndərib. Sputnik Azərbaycan xəbər verir ki, bu iddia Türkiyə mətbuatında yer alıb.
Bildirilir ki, Adanada keçirilən əməliyyatlar zamanı 9 nəfər tutulub. Şübhəlilərin evində FETÖ lideri Fətullah Gülənin ABŞ-dan göndərdiyi alt paltarlarının parçaları tapılıb.
İddia edilir ki, Gülən bu parçalarla terror təşkilatı üzvlərini həvəsləndirirmiş: "Bu alt paltarları hissələrə parçalanaraq terror təşkilatının üzvlərinə paylanırlır".