Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yenə İran sərhədi, yenə olay

© Sputnik / Dmitry Vinogradov / Mediabanka keçidГраница. Архивное фото
Граница. Архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaş Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb

BAKI, 18 noyabr — Sputnik. Vətəndaşın daxili orqanında psixotrop maddə və narkotik vasitə aşkar edilib. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Сотрудник полиции готовит к уничтожению пакетики с героином, фото из архива - Sputnik Azərbaycan
Şok hadisə: Körpə uşaq narkotik dozasından öldü

Bildirilib ki, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb.

İdarənin Sərnişin şöbəsində saxlanılan vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün o Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada tibbi müdaxilə nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bağlamada, xalis çəkisi 58,501 qram təşkil edilən psixotrop maddə — metamfetamin və 1 ədəd bükümdə, xalis çəkisi 0,090 qram təşkil edən narkotik vasitə — heroin aşkar olunub.

Xəbər lenti
0