CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha bir gəmimiz xarici sularda istismara buraxılıb

© Sputnik / Murad OrujovBakı Beynəlxalq Dəniz Ticarət Limanı, arxiv şəkli
Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-yə çatıb

BAKI, 18 noyabr — Sputnik. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin xarici sularda daha bir gəmisi istismara verib.

Qurumun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gündən "Qafur Məmmədov" quru yük gəmisi Xəzərdən kənarda yükdaşımalara cəlb olunub. Bununla da Gəmiçiliyin Xəzərdən kənarda üzən gəmilərinin sayı 12-yə çatıb. Onlardan 11-i quru yük gəmisi, biri isə tankerdir.

© Photo : "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidməti"Qafur Məmmədov" quru yük gəmisi
Qafur Məmmədov quru yük gəmisi  - Sputnik Azərbaycan
"Qafur Məmmədov" quru yük gəmisi

"Qafur Məmmədov" gəmisi bu gün səhər saatlarında yükləmə əməliyyatı üçün Rusiya Federasiyasının Taqanroq limanına yan alıb. Buradan isə yüklə Türkiyənin İzmir limanına səfərə çıxacaq. Azov, Qara və Aralıq dənizləri hövzələrində üzəcək quru yük gəmisinin istismarına nəzarəti, eyni zamanda texniki xidməti "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Türkiyədəki "Caspdry" şirkəti həyata keçirəcək.

Dedveyti 5500 ton, uzunluğu 108,3, eni 16,5, saya oturumu 4,79 metr olan "Qafur Məmmədov" gəmisi Gəmiçiliyin xaricdə quru yük daşımaları bazarındakı mövqeyini daha da möhkəmləndirəcək.

Xəbər lenti
0