Avtomobildə 3 min ədəd siqaret tutuldu

CC0 / sipa / jigaretsСигареты, фото из архива
Сигареты, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 17 noyabr — Sputnik. Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük nəzarəti keçirilib.

Sputnik Azərbaycan-ın Dövlət Gömrük Komitəsinə istinadən məlumatına görə, yoxlama zamanı, həmin nəqliyyat vasitəsinin sağ və sol "karniz"lərinin içərisində "Marlboro", "Parliament", "Kent", "Muratti" və "Winston" markalı cəmi 3000 ədəd siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0