BAKI, 18 noyabr — Sputnik. Birləşmiş Ştatlar ordusunun Baş Qərargah rəisi Cozef Danford ölkəsinin rəqibləri üzərindəki hərbi üstünlüyünü itirdiyini deyib. Sputnik xəbər verir ki, özəl universitetlərin birində tələbələr qarşısında çıxış edən Danford Rusiya, Çin və digər ölkələrin hərbi sahədə sürətlə inkişaf elədiklərini söyləyib.
"Onlar Amerikanın savaş metodlarını dərindən araşdıraraq bizim üstünlüyümüzü minimuma endirə biliblər" — general deyib.
"Son 15 ildə hərbi üstünlüyümüz sual altına düşüb. Artıq heç nə əvvəlki kimi ürəkaçan deyil” — Danford əlavə edib.