Universitetdə böyük əməliyyat: 42 nəfər barəsində həbs qərarı

© Sputnik / Anar MustafayevМужчина в наручниках, фото из архива
Мужчина в наручниках, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dünən ölkənin 30 vilayətində 108 nəfər keçmiş polis əməkdaşı FETÖ ilə əlaqədə şübhəli bilinərək həbs olunmuşdu

BAKI, 17 noyabr — Sputnik. Türkiyənin Mərmərə Dövlət Universitetində FETÖ şəbəkəsi ilə əlaqədə şübhəli bilinən 42 nəfərlə bağlı əməliyyat keçirilib. Sputnik Azərbaycan "Sözcü"-yə istinadən xəbər verir ki, barəsində həbs qərarı verilən 42 şəxsdən 22-si artıq həbs olunub.

Yerdə qalan 20 nəfərin tutulması istiqamətində iş aparılır. 24 nəfərin Mərmərə Universitetindəki iş otağında axtarış aparılır.

Qeyd edək ki, dünən ölkənin 30 vilayətində 108 nəfər keçmiş polis əməkdaşı FETÖ ilə əlaqədə şübhəli bilinərək həbs olunmuşdu. 

Xəbər lenti
0