Kamran Əsədov: “Peşə təhsili müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmalıdır”
Təhsil Nazirliyi ölkədə peşə təhsili ilə bağlı strukturun dəyişdirilməsini, 3 pilləli peşə təhsilinin tətbiqini təklif edir.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a deyir ki, hazırda Azərbaycanda peşə təhsili müəssisələrinin vəziyyəti qənaətbəxş deyil:
“Peşə təhsilinin strukturunun 3 pilləli olması vacib addımdır. İlk növbədə peşə təhsili müəssisələrinin maddi-texniki bazası yaxşılaşdırılmalıdır. Peşə təhsili müəssisələrində kadr hazırlığı əmək bazarının tələblərinə uyğun həyata keçirilməlidir”.