BAKI, 17 noyabr — Sputnik. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında növbəti görüş gözlənilir. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, görüş Vyanada ATƏT-in Nazirlər Şurasının iclası çərçivəsində keçiriləcək.
Ermənistan xarici işlər naziri deyib ki, görüş 6, 7 və ya 8 dekabrda keçirilə bilər: “Hələ dəqiq tarix məlum deyil, lakin hər iki tərəf bu görüşlə bağlı razılığa gəlib".