Türk müğənni 71 yaşında İngiltərəni şoka saldı

© Photo : Instagram / ajdapekkanTürkiyəli müğənni Ajda Pekkan
Türkiyəli müğənni Ajda Pekkan - Sputnik Azərbaycan
Abunə olmaq
Qəzet, müğənninin necə gənc qaldığı haqda onun öz fikirlərinə yer verib

BAKI, 17 noyabr — Sputnik. Dünyaca məşhur türkiyəli müğənni Ajda Pekkan İngiltərə mətbuatında 1 nömrəli gündəm mövzusu olub. Müğənninin 71 yaşı olmasına baxmayaraq gözəlliyini itirməməsi britaniyalıları heyrətləndirib. Ölkənin ən reytinqli mətbu orqanı "The Daily Mail" Ajda Pekkan haqda "Sizcə onun yaşı neçədir?" başlığını verib.

Sputnik Azərbaycan "Hürriyet"-ə istinadən xəbər verir ki, qəzet, müğənninin necə gənc qaldığı haqda onun öz fikirlərinə yer verib.

A post shared by Ajda Pekkan (@ajdapekkan) on Nov 6, 2017 at 7:25am PST

"Qidalanmağıma hər zaman diqqət edirəm. Yemək seçimi etmirəm. Kabab və balığı sevirəm. Gəzirəm və bol su içirəm. Susuz həyat düşünə bilmirəm. Hər səhər limon və balı 1 stəkan su ilə qarışdırıb içirəm. Heç vaxt vücudumun gözəl olması üçün çalışmadım. Amma bədən sağlığımı qorumağa hər zaman qayğı göstərirəm. Əlbəttə, gendən də çox şey asılıdır. Lakin idman eləmək də formada qalmağa yardımçı olur" – Ajda Pekkan deyib.

Xəbər lenti
0