BAKI, 17 noyabr — Sputnik. Hər il olduğu kimi, bu il də noyabrın 15-dən payız-qış istilik mövsümünün başlanması ilə əlaqədar ölkədə yaşayış binalarına və sosial obyektlərə istilik verilməsi nəzərdə tutulsa da, bir çox evlərə istilik verilməyib. Sputnik Azərbaycan bunun səbəbini "Azəristiliktəchizat"ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyevdən soruşub.
R. Əliyev məsələyə aydınlıq gətirərək bildirib ki, istilik bəzi yerlərə verilib, amma istilik verilməyən mənzil və obyektlər də var: “Səbəb isə odur ki, bizim 550 qazanxanamız var. Hamısını eyni vaxtda işə salmaq mümkün deyil. İşləri sürətləndirmişik. Bu günün sonunadək paytaxt ərazisindəki bütün mənzillər istiliklə təmin olunacaq”.