BAKI, 17 noyabr — Sputnik. Yunanıstanda hava şəraiti ilə bağlı bütün məktəblər bağlanıb. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Attika vilayətinin qubernatoru Rəna Duru, hava şəariti ilə əlaqədar olaraq bütün məktəblərin müvəqqəti olaraq bağlanması barədə qərar verib.
Xatırladaq ki, bir neçə gündür, Yunanıstanda yağan leysan yağışlar 16 nəfərin həyatını itirməsinə səbəb olub.