BAKI, 17 noyabr — Sputnik. Türkiyədə Atatürk limanında gömrük işçiləri tərəfindən keçirilən yoxlama zamanı böyük miqdarda siqaret qaçaqmalçılığının qarşısı alınıb.
Sputnik Azərbaycan "Milliyyet"-ə istinadən xəbər verir ki, qaçaqmalçılar 5 milyon lirə (təxminən 2,2 milyon manat) dəyərində 5 min siqaret qutusunu su qabları, rezin ayaqqabı, cips paketlərində, hətta çörəyin içində keçirməyə cəhd ediblər.
Əməliyyat uğurla başa çatıb, qaçaqmalçılar hüquq mühafizə orqanları tərəfindən saxlanıblar.