Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zorla ərə verildiyi deyilən qız niyə intihar edib? – Təfərrüat

CC0 / Pexels / handintihar
intihar - Sputnik Azərbaycan
Abunə olmaq
Qız böyük bacısına "SMS" göndərərək "Dadaş"la qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazıb

BAKI, 17 noyabr — Sputnik. Bir neçə gün öncə valideynləri tərəfindən zorla ərə verildiyi üçün intihar etdiyi deyilən 22 yaşlı qızın ölümü ilə bağlı detallar məlum olub. Sputnik Azərbaycan qafqazinfo-ya istinadla xəbər verir ki, 1995-cü il təvəllüdlü Xalidə Vəliyeva noyabrın 12-də paytaxtın Qara Qarayev prospektindəki 16 mərtəbəli binanın 7-ci mərtəbəsindən özünü ataraq intihar edib.

Mətbuatda onun zorla ərə verildiyi üçün intihar etdiyi deyilsə də, mərhum X.Vəliyevanın anası Validə Vəliyeva bildirib ki, qızının onlar tərəfindən zorla ərə verilməsi yalandır: "Qızım Xalidə noyabrın 12-də Quliyev Balakişi Eldəniz oğlu ilə qaçıb. Onlar birlikdə Balakişinin "Mercedes" markalı maşını ilə Şamaxıdan Bakıya gediblər. Qızım həmin gün saat 11:11-də böyük bacısına "SMS" göndərərək "Dadaş"la qaçdığını, şəxsiyyət vəsiqəsini də özü ilə götürdüyünü yazmışdı. Oğlanın ləqəbi "Dadaş"dır.

Həmin gün də saat 16:45-də ölüm xəbəri gəldi. Qızım demişdi ki, öz razılığı ilə Balakişi ilə gedib və nikah bağlayacaqlar. Burda başqa bir söhbət olmayıb".

V.Vəliyeva qeyd edib ki, qızını qaçıran 1983-cü il təvəllüdlü B.Quliyev əslən Şamaxıdan olsa da, Bakının Nizami Rayon Polis Şöbəsində işləyir: "Hadisədən sonra onun da izahatı alınıb, buraxılıb. Nə Balakişi, nə də ailəsi bizə gəlib. Hadisə də necə olub, bilmirik. Yalandan mətbuata məlumat ötürülüb ki, guya biz qızımızı zorla ərə vermişik deyə intihar edib".

V.Vəliyeva bildirib ki, B.Quliyevlə qızı məktəbdən tanış olublar: "Mən Şamaxıda müəllim işləyirəm, Balakişiyə də dərs demişəm. Çoxdandır bir-birilərini istəyirdilər".

Xəbər lenti
0