Ərəbləri Bakıya niyə quşları ilə buraxmayıblar?

© Sputnik / Irade JELILƏrəblər
Ərəblər - Sputnik Azərbaycan
Abunə olmaq
Onların davranışları sərnişinlərin böyük marağına səbəb olub

BAKI, 17 noyabr — Sputnik. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında ərəb turistlər öz davranışlarıyla sərnişinlərin diqqətini çəkib. Sputnik Azərbaycan xəbər verir ki, Bakıya gələn iki ərəb turist qollarının üzərində şahin quşları ilə hava limanına daxil olublar.

Amma görünür, onların şəhər çıxmasına icazə verilməyib. Çünki şəhərimizin qonaqları saatlarla hava limanında gözləməli olublar. Onların davranışları sərnişinlərin böyük marağına səbəb olub. Sərnişinlərdən Samir Süleymanovun sözlərinə görə, ərəblər deyiblər ki, onlar bu quşlar olmadan yaşaya bilməzlər və hara getsələr özləri ilə aparırlar: "Dedilər, necə ki, siz it-pişik saxlayırsınız, biz də şahinləri sevirik".

Xəbər lenti
0