BAKI, 17 noyabr — Sputnik. Əhmədli yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-dən məlumat verilib.
Bildirilib ki, "Azərenerji" ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr saat 01.30-dan 04.30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı, Nəsrəddin Tusi, Sarayevo, Neapol, Məhəmməd Hadi, Sadıqcan, Telnov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.