BAKI, 17 noyabr — Sputnik. Türkiyənin mədəniyyət və turizm naziri Numan Kurtulmuş, 2018-ci il büdcəsinin müzakirələri zamanı parlamentdə millət vəkillərinin suallarını cavablandırıb. Sputnik Türkiyə xəbər verir ki, sual-cavab əsnasında Xalqların Demokratik Partiyasından (HDP) olan deputat Qaro Paylan nazirə maraqlı sual ünvanlayıb.
O, Van vilayətinin Ərdəmit qəsəbəsində erməni qəbiristanlığı üzərində inşa edilən ayaqyolunun sökülüb-sökülməyəcəyini soruşub. Kurtulmuş, qeyd olunan ərazidə tualet tikintisinin mədəni prinsiplərə uyğun gəlmədiyini, ümumiyyətlə o tikilinin qanunsuz olduğunu və sökülməsi üçün qərar verildiyini bildirib.
"Nazirliyimiz bu məsələ üzərində çalışır" — Kurtulmuş əlavə edib.