Atatürkü düşmən elan edən kim olub? – NATO üzr istədi

© AP Photo / Kayhan OzerTürkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin qurucu atası Mustafa Kamal Atatürkün 79-cu ildönümününə həsr olunan mərasimdə, Ankara Türkiyə 10 noyabr, 2017-ci il
Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin qurucu atası Mustafa Kamal Atatürkün 79-cu ildönümününə həsr olunan mərasimdə, Ankara Türkiyə 10 noyabr, 2017-ci il - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 16-da Norveçdə keçirilən NATO hərbi təlimində Türkiyə dövlətini və millətini qəzəbləndirən hadisə yaşanıb

BAKI, 17 noyabr — Sputnik. NATO, Norveçdəki hərbi təlimdə Atatürk və Ərdoğanın düşmən kimi hədəf lövhəsində göstərilməsi ilə bağlı açıqlama yayıb. Sputnik AzərbaycanSözçü”yə istinadən xəbər verir ki, təşkilat, iki liderin şəklini hədəf lövhəsinə qoyan hərbçilərin ordudan qovulduğunu bildirib.

Məlumata görə, Atatürkün şəklini internetdən yükləyərək hədəf lövhəsinə yapışdıran şəxs texnikdir. O, artıq vəzifəsindən uzaqlaşdırılıb. Başqa bir NATO hərbçisi isə təşkilatın rəsmi saytında Ərdoğanın adına saxta hesab açaraq, Türkiyə prezidentinin adından NATO əleyhinə yazı paylaşıb. Həmin şəxs NATO-nun Dəniz Qüvvələri Komandanlığındakı türk əsilli Norveç vətəndaşıdır. O da tutduğu vəzifədən azad edilib.

NATO baş verənlərə görə müttəfiq Türkiyədən üzr istəyib.

Xatırladaq ki, noyabrın 16-da Norveçdə keçirilən NATO hərbi təlimində Türkiyə dövlətini və millətini qəzəbləndirən hadisə yaşanıb. Məlumatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan özü verib. Partiyasının qrup toplantısında danışan Ərdoğan, NATO və ABŞ əleyhinə çox sərt ifadələr səsləndirib.

"Dünən Norveçdə maraqlı bir vəziyyət yaranıb. NATO-nun hərbi təlimində düşmən hədəf lövhəsinə Atatürkün və mənim adımı yazıblar. Və əsgərlərə bu lövhələri "vur" əmri verilib. Bu barədə Baş Qərargah rəisimiz və Avropa İttifaqı nazirimiz telefonda mənə bildirdilər. Dərhal təlimat verdim, 40 əsgərimizi həmin təlimdən geri çəkdik" – Ərdoğan bildirib.

Xəbər lenti
0