BAKI, 16 noyabr — Sputnik. Türkiyə təhülkəsizlik qüvvələrinin, ölkənin 30 əyalətində keçirdikləri əməliyyatlar zamanı 108 nəfər keçmiş polis işçisi həbs edilib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadla xəbər verir ki, onların FETÖ ilə əlaqəli olduqları iddia olunur. Polis işçilərinin həbsi üçün Ankara Prokurorluğu order verib.
Xatırladaq ki, 2016-cı il iyulun 15-də Türkiyə hərbi çevrilişə cəhd olunmuşdu. Hadisə zamanı 240 nəfər həlak olmuş, 2 min nəfər yaralanmışdı.
Çevriliş cəhdindən sonra 50 minə yaxın insan həbs edildi və 140 mindən artıq adam işdən azad olundu.
Türkiyə höküməti çevriliş cəhdində Fətullah Güləni günahlandırsa da, ABŞ-da yaşayan Gülən bu iddiaları rədd edir.