Yeganə Hacıyeva: “Cəmiyyətdəki problemlərin həllində bəzi hallarda media mənfi təsir göstərir”
“Azərbaycan xalqı tolerantlığı adət-ənənələrində daşıyan cəmiyyət olub”. Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyib.
“Tolerantlıq cəmiyyətimizin xüsusiyyətlərindən biridir. Ancaq bizi tolerantlığın cəmiyyətdə fərdlər arasında və ailə içində özünü təmsil etməsi daha çox düşündürür. Cəmiyyət də uşaq kimi tərbiyə olunur. Problemlərin həlli fonunda bəzi qıcıqlandırıcı məqamlar olur. Burada medianın təsiri, ətrafın basqısı özünü biruzə verir” — deyə o bildirib.
Qeyd edək ki, hər il noyabrın 16-da Beynəlxalq Tolerantlıq (dözümlülük) Günü qeyd olunur.