BAKI, 16 noyabr — Sputnik. Türkiyənin "Hürriyet" xəbər portalı Lotu Quliyə qarşı hazırlanan sui-qəsd əməliyyatının yeni videosunu yayımlayıb.
Sputnik Azərbaycan ölkə.az-a istinadən xəbər verir ki, İstanbulun İncirli səmtindəki ticarət mərkəzində "Şirinlər" qruplaşmasına qarşı keçirilən əməliyyatda 13 nəfər saxlanılıb. Onlardan 4-ü azərbaycanlıdır və saxlanılanların üzərində 9 ədəd tapança olub.
Məlum olub ki, ticarət mərkəzinin təhlükəsizlik xidmətinin rəhbəri saxlanılan şəxsləri X-ray cihazının altından keçirməyib. İstintaq çərçivəsində təhlükəsizlik xidmətinin rəisi də saxlanılıb.
Mütəşəkkil cinayətkarlıq idarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində saxlanılanlar Bakırköy məhkəməsinə göndərilib. Onlar hakim qarşısında cavab verəcəklər.