BAKI, 16 noyabr — Sputnik. Rusiya prezidenti Vladimir Putin, Ukraynadan birtərəfli müstəqillik elan edən Donetsk və Luqansk bölgələrinin liderləri ilə telefonda danışıb. Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, ilk separatçı liderlərlə ilk dəfə baş tutan telefon danışığında tərəflər rəsmi Kiyevlə Donbass arasında reallaşacaq əsir mübadiləsi haqda danışıblar.
Məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov verib. Peskov deyib ki, Vladimir Putin əsirlərin mübadiləsi prosesini dəstəkləyir. "Cənab Putin, Donbass rəhbərliyi ilə Kiyev hökuməti arasındakı dialoqun davamını arzu edir və bunu vacib sayır" – sözçü bildirib.
Qeyd edək ki, əsirlərin mübadiləsi yeni ilədək sona çatmalıdır.