SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan Prezidenti 13 milyon pul verdi

Abunə olmaq
Xırdalanda 23 çoxmənzilli binanın əsaslı təmirinəvə“Azərsu” Açıq Səhmdar Cəmiyyətinə pul ayrıldı

BAKI, 16 noyabr — Sputnik. Azərbaycan Respublikası prezidenti İlham Əliyev Xirdalan şəhərinə 3 milyon manat ayrılması barədə sərəncam imzalayıb. Sputnik Azərbaycan dövlət başçısının saytına istinadən xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Xırdalan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Prezidentin digər bir sərəncamı ilə ölkədə su təchizatının yaxşılaşdırılması üçün “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10 milyon manat ayrılıb. Sərəncamda deyilir:

Ceyranbatan su kəmərindən Bakı şəhərinə saniyədə 1,8 kubmetr suyun nəqlinə imkan verəcək diametri 1200 mm, uzunluğu 9,5 km olan magistral su kəmərinin 4,25 km-lik birinci hissəsinin inşası, tikintisi tamamlanmış “+105 Saray supaylayıcı kamerası”nın mövcud su təchizatı sistemi ilə əlaqələndirilməsi üçün diametrləri 1400-1600 mm, uzunluğu 3,05 km olan magistral su kəmərlərinin, diametri 800 mm, uzunluğu 1,45 km boşaltma xəttinin inşası və yarımadanın su təchizatı üçün müstəsna əhəmiyyətə malik Ceyranbatan və Kür sutəmizləyici qurğularında istismar müddətini keçmiş yüksək məhsuldarlıqlı (6 ədəd 1,0 m³/san, H=130 m və 5 ədəd 1,0 m³/san, H=150 m) nasos avadanlıqlarının dəyişdirilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Abşeron yarımadasında magistral su kəmərləri və qurğularının inşası istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbər lenti
0