BAKI, 16 noyabr — Sputnik. ABŞ-ın Şimali Karolina ştatında yaşayan Mişel Şuffler gün ərzində lotereyada iki dəfə cekpotun qalibi olub. Sputnik Azərbaycan bu barədə “The Sun”a istinadən məlumat verir.
Qalibin sözlərinə görə, birinci bileti spontan şəkildə alıblar: “Ərimin bir qədər nağd pulu var idi. O, son anda bilet almaq qərarına gəldi”. Biletin müdafiə təbəqəsini silən qadın, 10 min dollar udduğunu aşkar edib.
Bir neçə saat sonra Şuffler və həyat yoldaşı başqa biq köşkdə daha bir lotereya bileti alıblar. Onların bu dəfə də bəxti gətirib. İkinci bilet 1 milyon dollar udub. Qadın bunu inanılmaz təsadüf adlandırıb.
Şuffler bütün uduşu birdəfəyə götürmək əvəzinə, hər il 50 min dollar götürməklə, 20 il ərzində almaq qərarına gəlib. O, bu pulu uşaqlarının universitetlərdə təhsilinə xərcləmək niyyətindədir.