BAKI, 16 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, millət vəkili Əhliman Əmiraslanovu mükafatlandırıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Əhliman Tapdıq oğlu Əmiraslanov "Şərəf" ordeni ilə təltif edilsin".