BAKI, 16 noyabr — Sputnik. NATO 2018-ci ildə Əfqanıstandakı hərbçi sayını 16 min nəfərədək artıracaq. Sputnik Türkiyə xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq Kanadanın Halifaks şəhərində keçirilən Beynəlxalq Təhlükəsizlik Forumundakı çıxışı zamanı deyib.
O, ittifaqın hərbi təlim missiyasını daha uğurla yerinə yetirməsi üçün əlavə əsgərə ehtiyac yarandığını bildirib. "Müttəfiq dövlətlər əlavə hərbçi göndərəcəklərinə dair söz verdilər. Bu çox təqdirəlayiq addımdır" – Stoltenberq vurğulayıb.
Baş katib həmçinin əlavə edib ki, alyans əfqan ordusunun maliyyələşdirilməsi üçün 1 milyard dollar ayıra bilər.