CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sürücüləri düşündürən qeyri-müəyyənliyə aydınlıq gətirildi

© Sputnik / Murad OrujovМужчина за рулем, фото из архива
Мужчина за рулем, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kobud qayda pozan sürücülər bu işarəyə də fikir vermirlər

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 16 noyabr — Sputnik. Avtomobil rahat, eyni zamanda təhlükəli nəqliyyat növlərindən biridir. Hər gün dünyada minlərlə avtomobil qəzası baş verir və hadisə zamanı yüzlərlə, minlərlə insan ölür. Avtomobil qəzasında xəsarət alıb ömürlük şikəst olanlar da az deyil.

Bəzi valideynlər övladlarını qəzadan qorumaq üçün şəxsi avtomobillərinin şüşəsinə "Diqqət, avtomobildə uşaq var" işarəsini yapışdırırlar. Bununla da, digər sürücüləri daha diqqətli olmağa çağırırlar. Sputnik Azərbaycan bu işarələrin qanunla nə dərəcədə əhəmiyyətli olduğunu araşdırıb.

© Sputnik / Murad Orujov"Avtomobildə uşaq var" nişanı
Avtomobildə uşaq var nişanı - Sputnik Azərbaycan
"Avtomobildə uşaq var" nişanı

Yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu işarə qanunda nəzərdə tutulmayıb: "Bunlar sadəcə xəbərdarlıq üçün yapışdırılan işarələrdir. Amma belə bir işarə vuran avtomobil sürücüsünə heç bir üstünlük vermir".

E. Muradlı onu da qeyd edib ki, bu işarənin olub-olmamasının heç bir əhəmiyyəti yoxdur: "Kobud qayda pozan sürücülər bu işarəyə də fikir vermirlər".

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də qeyd edib ki, qanunda bu işarə nəzərdə tutulmayıb: "Tanınma nişanları içində əlilləri və uşaqları daşıyan avtobusları tanıdan işarələr var. Amma şəxsi maşınlarda qeyri-rəsmi işarə qoyulur ki, avtomobildə uşaq daşınır".

"Bunun heç bir üstünlüyü yoxdur. Bu işarə sadəcə digər avtomobil sürücülərini xəbərdar edir ki, maşının yanından keçəndə siqnal verməsin və ya bir az diqqətli olsun. Amma bu işarənin heç bir hüququ əsası yoxdur. Bir sözlə, sırf məlumat xarakterli işarədir" — K. Əliyev vurğulayıb.

Xəbər lenti
0