BAKI, 16 noyabr — Sputnik. Bu gün "BakuBus" MMC-yə məxsus sərnişin avtobusunda maraqlı hadisə baş verib. "BakuBus" MMC-nin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu gün 1 nömrəli marşrut xəttində 99-JX-234 nömrəli avtobusun salonundan, qədim Albaniya dövlətinə aid olduğu güman edilən maddi mədəniyyət nümunələri — gümüş və mis pullar tapılıb.
"BakuBus" MMC-nin nümayəndələri tapılan qədimi pullar barədə Milli Azərbaycan Tarixi Muzeyinə məlumat veriblər.
Qeyd edək ki, tapılan tarixi ekspanatlar qanunvericiliyə uyğun şəkildə aidiyyatı üzrə təqdim olunacaq.