BAKI, 16 noyabr — Sputnik. "Müəyyən spekulyasiyalar var və mən bunlarla bağlı şərh verməyəcəyəm. ABŞ əvvəl də fəal həmsədr olub, indi də fəaldır, gələcəkdə də fəal olacaq".
Sputnik Azərbaycan-ın APA-ya istinadən məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ-ın Minsk qrupunda həmsədrlikdən çəkiləcəyi, bununla da, Minsk qrupu formatının dəyişə biləcəyi barədə məlumatları şərh edərkən deyib.
Səfir bildirib ki, ABŞ yeni həmsədr təyin edib və yeni həmsədr münaqişənin həllinə yeni baxışla yanaşacaq. "Biz fəal olmaqda davam edəcəyik. Bizim həmsədr danışıqların iştirakçısıdır. Bu məsələləri diqqətdə saxlayırıq. Həmsədr olaraq fəallığımızı davam etdirəcəyik" – deyə səfir qeyd edib.