Qırx illik diktator devrildi

© REUTERS / Philimon BulawayoRobert Muqabe həyat yoldaşı ilə
Robert Muqabe həyat yoldaşı ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Zimbabvedə hərbi çevriliş baş verib

BAKI, 15 noyabr — Sputnik. Zimbabvedə Robert Muqabenin 40 illik hakimiyyət erası başa çatmaq üzrədir. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, hələ bu yaxınlarda 93 yaşlı siyasətçi 100 yaşa qədər yaşamaq və növbəti prezident seçkilərində iştirak etmək planlarını bildirmişdi.

Lakin hərbçilər belə düşünməyiblər və fərqli qərar veriblər: 14 noyabr axşamı onlar çevriliş həyata keçiriblər. Onlar çevrilişin arxasında ölkədəki siyasi və iqtisadi böhranın dayandığını bildirirlər.

Bu gün məlum olub ki, Muqabe və onun həyat yoldaşı asayiş keşikçiləri tərəfindən həbs edilib. Ölkənin maliyyə naziri İqnasius Çombo da nəzarət altına alınıb.

Afrika mediası isə Zimbabvenin qovulmuş vitse-prezidenti Emmerson Mnanqavanın bu gün hökumətə rəhbərlik etmək üçün paytaxt Harareyə qayıtdığını xəbər verib.

Noyabrın əvvəllərində prezident Muqabe etibarlı varisi sayılan müavini Mnanqaqvanı qovmuşdu. Qovulandan sonra hərbçilərin dəstəklədikləri Mnanqaqva Cənubi Afrika Respublikasına getmişdi.

Hazırda Muqabe və onun mühafizəçilərinin girov saxlanıldığı bildirilir. Eyni zamanda, zirehli texnikanın hərbi hissələrdən çıxaraq paytaxt Harareyə doğru irəlilədiyi qeyd olunur. Hərbçilər televiziya mərkəzini ələ keçiriblər və paytaxtda partlayış səsləri eşidilir.

Hərbçilər bildiriblər ki, onlar hakimiyyəti hərbi yolla ələ keçirmək fikrində deyillər və fəaliyyətləri cinayətkarların əleyhinə yönəlib.

Mnanqaqva müstəqil Zimbabvenin ilk hökumətinin tərkibində dövlət təhlükəsizliyi postunu tutub. Vitse-prezident postuna isə 2014-cü ildə təyin olunub. Elə həmin vaxt ali hakimiyyətin varisinin müəyyənləşdirilməsi məsələsində hakim partiyada parçalanma baş vermişdi. Funksionerlərin bir hissəsi “Timsah” ləqəbli sabiq nazir Mnanqaqvanı dəstəkləyib, digər qruplaşma isə prezidentin arvadı Qreys Muqabenin tərəfində olub.

Muqabe ordu ilə danışıq aparmağa və arvadının ölkəni tərk etməsi barədə razılıq əldə etməyə müvəffəq olub.

Britaniyanın Sky News telekanalının yaydığı məlumata görə, Zimbabvenin birinci xanımı artıq Namibiyaya qaçıb.

Xəbər lenti
0