CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Düşmənlə 168 kilometr sərhəd xətti olan rayonda izdiham

© Sputnik / Ilham MustafayevQazaxda vətənpərvərlik bayramı
Qazaxda vətənpərvərlik bayramı - Sputnik Azərbaycan
Abunə olmaq
Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə kütləvi vətənpərvərlik tədbiri keçirilib

Ilham Mustafa, Sputnik Azərbaycan

BAKI, 15 noyabr — Sputnik. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Ordumuz — qürurumuz, xalqımız — dayağımız" devizi altında kütləvi vətənpərvərlik tədbiri keçirilib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, Milli Məclisin deputatları və minlərlə rayon sakini iştirak edib.

Fəxri qazaxlılar parkına yığışan tədbir iştirakçıları, Şəhidlər Xiyabanına baş çəkərək, memorial önünə gül dəstələri düzüblər. Daha sonra qonaqlar tədbirin keçirildiyi Heydər Əliyev parkına gələrək Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyublar.

Vətənpərvərlik tədbiri Dövlət himninin səsləndirilməsi ilə başlayıb. "Ordumuz — qürurumuz, xalqımız — dayağımız" devizi ilə reallaşan layihənin rəhbəri Abdulla Qurbani tədbirin məqsəd və əhəmiyyətindən danışıb.

Sonra Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi, general-mayor Rasim Əliyev çıxış ediblər.

© Sputnik / Ilham MustafayevQazaxda vətənpərvərlik bayramı
Qazaxda vətənpərvərlik bayramı - Sputnik Azərbaycan
1/5
Qazaxda vətənpərvərlik bayramı
© Sputnik / Ilham MustafayevQazaxda vətənpərvərlik bayramı
Qazaxda vətənpərvərlik bayramı - Sputnik Azərbaycan
2/5
Qazaxda vətənpərvərlik bayramı
© Sputnik / Ilham MustafayevQazaxda vətənpərvərlik bayramı
Qazaxda vətənpərvərlik bayramı - Sputnik Azərbaycan
3/5
Qazaxda vətənpərvərlik bayramı
© Sputnik / Ilham MustafayevQazaxda vətənpərvərlik bayramı
Qazaxda vətənpərvərlik bayramı - Sputnik Azərbaycan
4/5
Qazaxda vətənpərvərlik bayramı
© Sputnik / Ilham MustafayevQazaxda vətənpərvərlik bayramı
Qazaxda vətənpərvərlik bayramı - Sputnik Azərbaycan
5/5
Qazaxda vətənpərvərlik bayramı
1/5
Qazaxda vətənpərvərlik bayramı
2/5
Qazaxda vətənpərvərlik bayramı
3/5
Qazaxda vətənpərvərlik bayramı
4/5
Qazaxda vətənpərvərlik bayramı
5/5
Qazaxda vətənpərvərlik bayramı

Tədbir çərçivəsində müdafiə nazirinin əmri ilə təltif olunmuş bir qrup Qazax sakininə xatirə mükafatları təqdim edilib. Həmçinin Qazaxdakı hərbi hissənin yaranmasının 25 illiyi də qeyd olunub. Bu münasibətlə xidmətdə fərqlənən bir qrup əsgər və zabitə Qazax Rayon İcra Hakimiyyətinin təsis etdiyi "Qazaxın müdafiəsində xidmətlərinə görə" medalları təqdim edilib.

Daha sonra tədbir, xüsusi təyinatlıların nümunəvi çıxışları və Silahlı Qüvvələrin mahnı ansamblının müşayətində bədii hissə ilə davam edib.

Qeyd edək ki, düşmənlə 168 kilometr sərhəd xətti olan Qazax rayonu Vətənin müdafiəsi zamanı 283 şəhid verib. Yeddi nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonun 7 kəndi bu gün də erməni işğalçılarının tapdağı altındadır, 5 kəndi isə düşmən tərəfindən mütəmadi olaraq atəşə tutulur.

Xəbər lenti
0