ELM

Təhsil alanlara hərbi xidmətdən möhlət hüququ veriləcək

© Photo : REPORTСтудент в аудитории, фото из архива
Студент в аудитории, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yenilik "Peşə təhsili haqqında" qanun layihəsində əksini tapıb

BAKI, 15 noyabr — Sputnik. Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək. Sputnik Azərbaycan APA-ya istinadla xəbər verir ki, bu, Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Peşə təhsili haqqında" qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 4.1.36 maddəsində bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.

Xəbər lenti
0