Özbəkistan 90-cı illərə qayıdır: benzin qıtlığı yaranıb

© pixabay / 422737Мужчина с канистрой, фото из архива
Мужчина с канистрой, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vəziyyətdən istifadə edən möhtəkirlər yanacağı 2 dəfə baha qiymətə satırlar

BAKI, 15 noyabr — Sputnik. Özbəkistanın regionlarındakı yanacaqdoldurma məntəqələrində benzin qıtlığı müşahidə olunur. Sputnik Özbəkistan-ın məlumatına görə, bu vəziyyətdən istifadə edən möhtəkirlər yanacağı 2 dəfə baha qiymətə satırlar.

Qeyd olunur ki, möhtəkirlər maksimum mənfəət əldə etmək üçün müxtəlif kimyəvi maddələrdən istifadə edərək yanacağın keyfiyyətini də aşağı salırlar.

Hazırda yalnız Daşkənddəki yanacaqdoldurma məntəqələri stabil şəkildə benzinlə təmin olunur. "Özbəkneftqaz" şirkətindəki mənbə bildirib ki, bəzi regionlardakı yanacaqdoldurma məntəqələri ayda cəmi iki dəfə yanacaq alır.

Xəbər lenti
0