Mətbuatın yaxından tanıdığı məmur işdən azad edildi

Abunə olmaq
Onun yerinə hələlik təyinat yoxdur

BAKI, 15 noyabr — Sputnik. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin (DİN BDYPİ) polkovniki təqaüdə göndərilib. Sputnik Azərbaycan xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun müvafiq əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti şöbəsinin rəisi, polis polkovniki Ərəstun Məcidov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Onun yerinə hələlik təyinat yoxdur. Qeyd edək ki, Ə. Məcidov əvvəllər BDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi vəzifəsində çalışıb.

Xəbər lenti
0