BAKI, 15 noyabr — Sputnik. Hər il noyabrın 16-da Beynəlxalq Tolerantlıq (dözümlülük) Günü qeyd olunur. 1995-ci ilin 16 noyabrında YUNESKO-nun üzvü olan dövlətlər Dözümlülüyün Prinsipləri Deklarasiyasını və Fəaliyyət Proqramını qəbul edib.
1996-cı ildə Baş Assambleya BMT üzvü olan dövlətlərə hər il 16 noyabrı dözümlülüyə həsr olunmuş beynəlxalq gün kimi qeyd etməyi, həmin günə dair tədbirlər keçirməyi, təhsil müəssisələrində və geniş ictimaiyyət arasında bu istiqamətdə müvafiq iş aparmağı təklif edib.
Müasir Azərbaycan cəmiyyətində tolerantlıq hansı yeri tutur və ailədə, əmək kollektivlərində, ictimai yerlərdə münaqişələrin həlli mədəniyyəti necə təlqin edilir?
Bu məsələlər 16 noyabr saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində, Gənc Demokratlar İnstitutunun dəstəyi ilə təşkil olunmuş dəyirmi masada müzakirə ediləcək. Tədbirdə ekspertlər və ictimai təşkilatların nümayəndələri iştirak edəcəklər.
Əlaqə üçün
Telefonlar: 404-13-84/85
E-mail: i.velizade@rian.ru
Ünvan: Mətbuat prospekti, 529-cu məhəllə, 23 M (4-cü mərtəbə)